Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Rafiq Mehdiyev İbadulla oğlu ra***@mail.ru ID: 5913
Müəssisəmiz polimer materialların istehsalı və satışı ilə məşğul olur. Bəzən əhalidən, vergi uçotunda olmayan ayrı-ayrı fiziki şəxslərdən ikinci əl tullantı materiallarını (salafan torbalar və s.) ikitərəfli akt tərtib edərək qəbul edirik. Bilmək istərdik ki, ikinci əl tullantı materiallarının qəbulu ödəmə mənbəyində tutulan vergidən, həmcinin bu tullantılardan istehsal olunmuş malların satışı zamanı əldə olunan gəlirlər ƏDV, həmçinin mənfəət vergisindən azad olunması nəzərdə tutulurmu? Əgər nəzərdə tutulurmayıbsa ekologiyanın çirkləndiriməsinin qarşısının alınmasına xidmət edən belə fəaliyyətlərin vergilərə cəlb olunmasına, inkişaf etmiş ölkələrdə olduğu kimi güzəştin verilməsi məqsədə uyğun olmazdımı?
04/02/2022 Oxunub: 219 Orta qiymət: 4

Bildiririk ki, mənfəət vergisi üzrə azadolmalar Vergi Məcəlləsinin 106-cı maddəsi, ƏDV üzrə azadolmalar isə Vergi Məcəlləsinin 164-cü maddəsi ilə tənzimlənir. Sorğunuzda qeyd olunan fəaliyyət sahəsi üzrə Vergi Məcəlləsində azadolma və ya güzəşt nəzərdə tutulmamışdır.

Eyni zamanda, Vergi Məcəlləsinin 101.6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin Azərbaycan Respublikasının “Nağdsız hesablaşmalar haqqında” Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 5 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutulur.

“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsinə əsasən vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu, əlvan və qara metal qırıntılarının qəbulu, utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu və utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu zamanı hesablaşmalar üzrə ödənişlərin nağd qaydada aparılmasına məhdudiyyət nəzərdə tutulmamışdır.

Məlumat üçün bildiririk ki, İqtisadiyyat Nazirliyi tərəfindən vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı vergi ödəyicilərindən daxil olan təkliflər ümumiləşdirilir və həmin təkliflərə ölkədə aparılan sosial-iqtisadi siyasətə uyğun olaraq baxılır. Bununla bağlı müraciətlərinizi səhifəmizin "Dövlət Vergi Xidmətinə müraciət" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur. 

Əsas: Vergi Məcəlləsinin 101-ci, 106-cı, 150-ci və 164-cü maddələri, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu.

4/5 (1 Orta qiymət)
Qiymət ver:
Zamin Hacılı Dilafət zd***@gmail.com ID: 5912
Salam. AR Vergilər Məcəlləsinin 220.12 bəndinə əsasən Hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır. Əgər A bankı B bankındakı hesabından vəsaiti nağd qaydada məxaric edirsə, bu zaman vəsaiti məxaric edən bankın hesabından qeyd edilən 1 faiz vergi tutulmalıdırmı?
04/02/2022 Oxunub: 145 Orta qiymət: 4

Bildiririk ki, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən banklar qarşılıqlı surətdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada hər növ əməliyyatlar apara, bir-birində depozit, o cümlədən müxbir və digər hesablar aça bilərlər. Bankların müxbir hesablarında olan pul vəsaitinin nağdlaşdırılması istisna olmaqla, banklar tərəfindən digər hesablarında olan pul vəsaitinin nağdlaşdırılmasına görə 1 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanır.

Əsas: Vergi Məcəlləsinin 150.1.12-ci və 220.12-ci maddələri və Azərbaycan Respublikasının “Banklar haqqında” 16 yanvar 2004-cü il tarixli, 590-IIQ nömrəli Qanunu.
 

4/5 (3 Orta qiymət)
Qiymət ver:
Sevinc Saleh Rizvan qızı ro***@mail.ru ID: 5911
Salam, müştərilərə xidmət göstərmək üçün 01.11.2021 tarixindən etibarən əmlak icarəyə götürmüşük. Müqaviləyə əsasən hər ayın icarəsi növbəti ayın 10-nu ödənilir. Belə ki, Noyabr 2021 dövrünə aid olan hissəsi, 10 dekabrda ödənilmişdir. Dekabr 2021 dövrünə aid olan hissəsi isə 10 Yanvar 2022 də ödənilmişdir. Qarşı tərəf fiziki şəxs olduğuna görə Ödəmə mənbəyindən tutulan vergiləri də qeyd olunan tarixlərdə əlaqədar orqana ödəmişik. 4-cü rübün Sadələşdirilmiş vergi bəyannaməsində, ödəmə mənbəyindən tutulan verginin hesablanması cədvəlində gəlir, noyabr və dekabr aylarının cəmi, yoxsa sadəcə həmin rübdə ödənən Noyabr ayına aid məbləğ əks olunmalıdır?
03/02/2022 Oxunub: 170 Orta qiymət: 0

Bildiririk ki, icarə haqqından ödəmə mənbəyində vergi tutulmalı olan şəxs gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergini büdcəyə köçürməli və ödəmə mənbəyində vergi bəyannaməsini vergi orqanına təqdim etməlidir.

Həmçinin, Sadələşdirilmiş verginin bəyannaməsinin 2 saylı Əlavəsinin 2-ci bölməsində qeyd olunan göstəricilər üzrə (821.1.1 , 821.1.2 və 821.2 kodlar) daşınan və daşınmaz əmlak üçün icarə haqqı üzrə gəlir əldə edən hüquqi şəxsin, fərdi sahibkarın, VÖEN-i olmayıb qeyri-sahbkarlıq fəaliyyətindən gəlir əldə edən fiziki şəxsin (vətəndaşların) hüquqi statusu (fiziki və ya hüquqi şəxs olması), soyadı, adı, atasının adı, fiziki şəxsin doğum tarixi, Azərbaycan Respublikasındakı və ya öz ölkəsindəki VÖEN-i, VÖEN-i olmadıqda FİN-i, rezident olduğu ölkənin adı, ödənilmiş gəlir məbləği (manatla), tutulmuş vergi məbləği (manatla), ödənişin aid olduğu dövr (işlərin görüldüyü, xidmətlərin göstərildiyi ay) və ödəniş tarixi yazılır.

Əsas: Vergi Məcəlləsinin 124-cü, 150.3.2-ci, 221-ci maddələri və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 16 fevral 2022-ci il tarixli 2217040100098600 №-li Əmri ilə təsdiq edilmiş “Sadələşdirilmiş verginin bəyannaməsi”nin tərtib edilməsi Qaydası.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Novruzov Fərid fe***@gmail.com ID: 5909
Salam. A MMC -i 2019, 2020 və 2021 ci illərdə fəaliyyət göstərmişdir və hər il üzrə 120000 (ümumilikdə 360000) Azn bölüşdürülməmiş mənfəəti formalaşmışdır. Müəssisə 2020 ci ilin noyabr ayında təşkilati hüquqi formasın dəyişərək QSC (qapalı səhmdar cəmiyyəti) olmuşdur. Bildiyimiz kimi Vergi məcəlləsinin 102.1.22 maddəsinə əsasən 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azaddır. Cəmiyyət 2021-ci ildə bölüşdürülməmiş mənfəət məbləğini (360000) öz təsisçisi olan fiziki şəxsə ödəyirsə tərəflərin hər hansı vergi öhdəliyi yaranırmı ?
03/02/2022 Oxunub: 200 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinin müddəalarına əsasən 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri fiziki şəxslərin gəlir vergisindən azaddır.

Vergi Məcəlləsinin 13.2.15-ci maddəsinin müddəalarına görə dividend - hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir.

Eyni zamanda mülki qanunvericiliyə əsasən xalis mənfəətin səhmdar cəmiyyətinin maliyyə ili üzrə bölüşdürülməsi səhmdar cəmiyyətin səhmdarlarının ümumi yığıncağının qərarı ilə qəbul edilir.

Əlavə olaraq bildiririk ki, müəssisənin təşkilati-hüquqi forması məhdud məsuliyyətli cəmiyyət olduğu dövrdə göstərdiyi fəaliyyətdən əldə olunan mənfəətin müəssisənin təşkilati-hüquqi forması səhmdar cəmiyyətinə çevrildikdən sonra ümumi yığıncağın qərarı ilə dividend elan edərək səhmdar fiziki şəxslərə ödənilməsi Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən ödəmə mənbəyində tutulan vergidən azaddır.  

Əsas: Vergi Məcəlləsinin 13-cü, 102-ci, və Mülki Məcəllənin 106-3.1-ci maddələri.
 

5/5 (4 Orta qiymət)
Qiymət ver:
Samir İsmayilov sa***@gmail.com ID: 5906
Mən 2 il bundan qabaq VÖEN açdırmışam, amma işlətməmişəm və bağlatmamışam. Bilmək istəyirəm ki, mənim üçün borc gələ bilər?
02/02/2022 Oxunub: 117 Orta qiymət: 0

Bildiririk ki, vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Eyni zamanda, vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda, o, vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq “Vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə öhdəliklərin yaranmaması haqqında arayış” təqdim etməlidir.

Həmin arayışı və ya vergi hesabatını əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicilərinə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü, 57.1-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
İsa Məmmədov Rüfət al***@mail.ru ID: 7638
Salam, hər vaxtınız xeyir! Mən Məmmədov İsa, 7 il bundan qabaq günə muzd işçi kimi mənə VÖEN açılmışdı, hər ay pul ödəyirdim. Sonra VÖEN-i bağlatdırdım, indi yenidən aça bilərəmmi?
31/01/2022 Oxunub: 59 Orta qiymət: 0

Bildiririk ki, fəaliyyətinizi aktivləşdirmək üçün vergi orqanına müvafiq qaydada tərtib olunmuş “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında Arayış”ı təqdim etməlisiniz. 

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya vergi orqanı tərəfindən verilən kod-parol olduqda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi yutub səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı maddəsi və Vergilər Nazirliyi Kollegiyasının 07.09.2016-cı il tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament”.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
İlqar Abbasov il***@inbox.ru ID: 5898
Salam. Faktiki olaraq 29.12.2021 tarixdə Azpetrol MMC-dən yanacaq kartı vasitəsilə şirkətimizə məxsus yük maşınına alınmış yanacaq üçün Azpetrol MMC 05.01.2022 tarixdə elektron qaimə təqdim etmişdir və elektron qaimənin "əlavə qeyd" bölməsində faktiki alış tarixi qeyd olunmuşdur. Bilmək istərdim ki, həmin elektron qaimədə qeyd olunmuş yanacağın dəyərini 2021-ci il üçün təqdim edəcəyimiz Mənfəət vergisi bəyannaməsində yanacaq xərci olaraq qeyd edə bilərikmi?
31/01/2022 Oxunub: 219 Orta qiymət: 0

Bildiririk ki, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. 

Eyni zamanda, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. 

Mikro sahibkarlıq subyektləri öz seçimlərindən asılı olaraq, gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə, kiçik, orta və iri sahibkarlıq subyektləri isə hesablama metodu ilə aparırlar.

Hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır.

Hesablama metodunun tətbiqi zamanı xərc əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər tərəfindən əqd və ya müqavilə üzrə bütün öhdəliklər yerinə yetirildiyi, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənildiyi vaxtda çəkilmiş sayılır.

Qeyd edilənlərə əsasən, müəssisə gəlirlərin və xərclərin uçotunu hesablama metodu ilə apardığı halda, dekabr ayında təhvil alınmış yanacaq üzrə çəkilən xərclər müvafiq olaraq dekabr ayının xərclərinə aid edilir və 2021-ci ilin mənfəət vergisi bəyannaməsində əks olunmalıdır.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 130-cu, 134-cü, 135-ci və 136-cı maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Adil Xantəmirov Nizami ad***@mail.ru ID: 7637
Salam. Muzdla işləyənlərin vergi borcu nə qədər olur? DSMF, İTS, İşsizlikdən sığorta üzrə vergi nə qədər olmalıdır? Bundan başqa əgər 500 manat alırsa, nə qədər vergi ödənilməlidir?
31/01/2022 Oxunub: 83 Orta qiymət: 0

Bildiririk ki, fiziki şəxs neft-qaz sahəsində və ya dövlət sektoruna aid edilən vergi ödəyicilərində işlədiyi halda Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən muzdla işləyən fiziki şəxsin Vergi tutulan aylıq gəlirin məbləği 2500 manatadək olduqda 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat üstəgəl 2500 manatdan çox olan məbləğin 25 faiz dərəcəsi ilə gəlir vergisi tutulur. 

Həmçinin bildiririk ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda vergi 0 faiz, 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi məbləğində müəyyən edilir.

Bundan savayı, işçinin gəlirlərindən sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları da ödəmə mənbəyində işəgötürən tərəfindən tutulur.

Siz, “Əmək haqqından tutulmaların hesablanması kalkulyatoru”ndan istifadə edərək, işlədiyiniz sektoru seçməklə əməkhaqqınızdan tutulmalar barədə məlumat əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci maddələri, “Sosial sığorta haqqında”, "İşsizlikdən sığorta haqqında" “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları, “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Mikayilov Seymur Rüstəm Se***@gmail.com ID: 5897
Salam. Mən yeni qab maqazini açıram. VÖEN üçün müraciət etdim. Mənim ödəməli məbləğlərim haqqında məlumat istəyirəm və kassa aparatını hardan almalıyam.
31/01/2022 Oxunub: 140 Orta qiymət: 5

Bildiririk ki, ticarət fəaliyyəti ilə məşğul olan şəxslər fəaliyyətə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi uçota alınmalı (VÖEN əldə etməli) və həmin fəaliyyətdən əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir.

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Bu zaman həmin şəxs mikro sahibkarlıq subyekti hesab olunduğu halda (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqdən 75 faiz vergi güzəşti də çıxılmaqla 20 faiz dərəcə ilə, nəticə etibari ilə əldə etdiyi gəlirdən 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.

Eyni zamanda sorğuda qeyd olunan təsərrüfat subyekti (mağaza) fiziki şəxsdən icarəyə götürüldüyü halda ödənilən icarə haqqından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Bunlarla yanaşı, ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs tərəfindən minimum aylıq əmək haqqının (300 manat) 25 faizinin Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında hər ay məcburi sosial sığorta haqqı hesablanıb ödənilməlidir. 

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta haqqı ödəməlidir.

Yeni nəsil kassa aparatlarına aid tələblər, operatorlar və bütün aidiyyəti suallara e-kassa.gov.az saytından cavab əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 101-ci, 102-ci maddələri və “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Ülvi Arifli Namiq oğlu ul***@gmail.com ID: 5892
Salma. Mən E-sosial tətbiqində pensiya kapitalıma baxanda son 2 ilin pensiya kapitalı görünür, yəni 2020 və 2021 ci il. Halbuki, mən 13.06.2017 ildən eyni nazirlikdə işləyirəm.
30/01/2022 Oxunub: 116 Orta qiymət: 0

Bildiririk ki, məcburi dövlət sosial sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarəti Dövlət Vergi Xidməti həyata keçirir. 

Pensiya kapitalı ilə bağlı sorğunuzu aidiyyəti üzrə dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etməyiniz tövsiyə olunur. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Musayev Məhərrəm Elsevər me***@gmail.com ID: 5891
Salam men tikinti materialları uzre topdan satış bazarinda işləyirəm.. Minimum emek haqqı 300 manatdi menim maaşımdan ne qədər vergi tutulmalıdır?
30/01/2022 Oxunub: 130 Orta qiymət: 0

Bildiririk ki, 1 yanvar 2019-cu il tarixdən qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda vergi 0 faiz, 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi məbləğində müəyyən edilir.

Həmin şəxsin sosial sığorta haqqına cəlb edilən aylıq gəliri 200 manat və az olarsa, məbləğin 3 faizi, 200 manatdan çox olduqda isə 6 manat+200 manatdan çox hissənin 10 faizi miqdarında sosial sığorta haqqı tutulur.

Sorğunuzda qeyd olunan halda işçinin 300 manat əməkhaqqından gəlir vergisi tutulmur və 16 manat sosial sığorta haqqı, 1.5 manat işsizlikdən sığorta haqqı, 6 manat icbari tibbi sığorta haqqı gəliri ödəyən şəxs tərəfindən tutulur.

Siz əmək haqqından tutulmaların hesablanması kalkulyatoru vasitəsilə əmək haqqından tutulan vergi və digər tutulmalar haqda məlumatı əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101.1-1-ci maddələri, “Sosial sığorta haqqında”, "İşsizlikdən sığorta haqqında" “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları,  “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Həsənov Ruslan Həsən oğlu ru***@gmail.com ID: 5890
Salam mən özüm dövlət işində işləyirəm. Özümə VÖEN açdırmaq istəyirəm. Bunun mənim işimə bir ziyanı ola bilərmi? Cəriməsi varmı? Çünki eşitmişəmki dövlət işində işləyənlər VÖEN açdıra bilməz açdırdıqı təqdirdə cəriməsi var və dövlət işindən azad edilir. Və birdə VÖEN üçün aylıq ödəniş nə qədərdir? Bu nə dərəcədə doğru və ya yalnışdır. Xahiş edirəm, məlumat verəsiniz. Əvvəlcədən təşəkkür edirəm.
30/01/2022 Oxunub: 85 Orta qiymət: 0

Bildiririk ki, qanunvericiliyə əsasən dövlət qulluqçusunun elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi olmadan pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmağa ixtiyarı yoxdur. 

Dövlət qulluqçusu olmadığınız halda vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınaraq tərəfinizdən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır.

Əsas: “Dövlət Qulluğu haqqında” Qanunun 20.1.2-ci maddəsi ilə tənzimlənir.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Pərviz Hüseyn Ağababa pa***@gmail.com ID: 5886
Salam, mən ad və soyadımı dəyişmişəm. VÖEN-i dəyişmək üçün mənə nə lazımdır?
30/01/2022 Oxunub: 83 Orta qiymət: 0

Bildiririk ki, fiziki şəxsin soyadı, adı, atasının adı dəyişdikdə, ona müraciəti əsasında yeni fiziki şəxsin uçotu haqqında şəhadətnamə verilir. Bu zaman fiziki şəxsin əvvəlki uçot haqqında şəhadətnaməsi geri alınır (vergi orqanından təhvil götürüldüyü halda). 

Vergi ödəyicisi vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verən gündən 40 gün müddətində vergi orqanına məlumat verməlidir.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
İsmayıl Əfəndiyev Musa oğlu is***@gmail.com ID: 5708
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında qeydiyyatdan keçmiş bir partnyorluqla (LLP) müqavilə əsasında əməkdaşlıq edilməkdədir. Hansı ki, bu partnyorluq 1 nəfəri Amerika Birləşmiş Ştatları digərləri isə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının rezidentidir. Partnyorluq Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının rezidenti deyil lakin hüquq xidməti göstərir və işlər Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının rezidenti tərəfindən rəsmiləşdirilərək təhvil verilir. Yerli şirkət bu partnyorluq tərəfindən təqdim edilmiş rezidentlik sertifikatı əsasında DTA formasını əldə edərək “Azərbaycan Respublikası Hökuməti, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında bağlanmış ikiqat vergiyə cəlbetməyə yol verilməməsi, gəlirlərə və əmlak dəyərinin artımına görə vergilərin ödənilməsindən yayınmanın qarşısının alınması haqqında konvensiya”-ya uyğun olaraq Azərbaycan respublikasında Ödəmə mənbəyində vergiyə cəlb edilməyə bilərmi?
28/01/2022 Oxunub: 319 Orta qiymət: 5

Bildiririk ki, “Azərbaycan Respublikası Hökuməti, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında bağlanmış ikiqat vergiyə cəlbetməyə yol verilməməsi, gəlirlərə və əmlak dəyərinin artımına görə vergilərin ödənilməsindən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) tətbiqi Vergilər Nazirliyinin 12.06.2017-ci il tarixli Kollegiya Qərarı ilə təsdiq edilmiş (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 27 dekabr 2021-ci il tarixli 21 nömrəli Qərarı ilə edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları” (bundan sonra - Qaydalar) ilə tənzimlənir.

Qaydaların 5.1-ci bəndində qeyd olunur ki, əgər beynəlxalq müqavilədə qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi hər hansı gəlirinin vergidən azad edilməsi və ya aşağı dərəcə ilə vergiyə cəlb edilməsi nəzərdə tutulmuşdursa, qeyri-rezident ona gəlir ödəyən şəxsin uçotda olduğu vergi orqanına elektron və ya kağız daşıyıcısında doldurulmuş “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirə ödəmə mənbəyində beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolma və ya aşağı dərəcənin tətbiq edilməsi haqqında” Ərizə təqdim etməklə həmin azadolma və ya aşağı vergi dərəcəsinin tətbiq edilməsi ilə bağlı müraciət edə bilər.

Eyni zamanda, Qaydaların 5.3-cü bəndinə əsasən DTA-03 forması gəlirin ödənildiyi cari rüb bitənədək təqdim edilməli və həmin müraciətə qeyri-rezidentin razılığa gələn digər dövlətdə rezidentliyini təsdiq edən rezidentlik sertifikatı ilə yanaşı gəlirin ödənilməsinə əsas verən bütün təsdiqedici sənədlərin (müqavilələr, invoyslar, iştirak payını, borc öhdəliyini, müəlliflik hüququnu təsdiq edən sənədlər, gəlir ödəyən şəxsdən görülmüş və ya görüləcək işlər (xidmətlər) barədə arayış və s.) bu Qaydaların 8.9 – 8.13-cü bəndlərinə müvafiq qaydada təsdiq edilmiş surətləri əlavə edilməlidir.

Bununla yanaşı, Qaydaların 7.1-ci bəndinə əsasən beynəlxalq müqavilədə qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi hər hansı gəlirinin vergidən azad edilməsi və ya aşağı dərəcə ilə vergiyə cəlb edilməsi nəzərdə tutulmasına baxmayaraq, bu Qaydaların 5-ci hissəsində nəzərdə tutulmuş DTA-03 forması vaxtında təqdim edilmədikdə və qeyri-rezident beynəlxalq müqavilədə nəzərdə tutulandan artıq vergi ödədikdə, həmin qeyri-rezident, vergi hesabatı dövrü bitdikdən sonrakı 5 il müddətindən gec olmayaraq müvafiq vergi orqanına elektron və ya kağız daşıyıcısında doldurulmuş “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirindən artıq tutulmuş vergilərin geri qaytarılması haqqında” Ərizə formasını(bundan sonra - DTA-05 forması) (Əlavə № 9) təqdim etməklə, artıq ödənilmiş (tutulmuş) vergi məbləğlərinin geri qaytarılması ilə bağlı müraciət edə bilər.

Əlavə olaraq, bildiririk ki, Qaydaların 8.6-cı bəndinə əsasən DTA-03 forması üzrə ödənişlərin aparılacağı dövr üçün alınmış rezidentlik sertifikatı rezidentliyin təsdiq edildiyi il nəzərə alınmaqla növbəti ilin sonunadək etibarlı hesab edilir. DTA-03 və DTA-05 formaları üzrə rezidentlik sertifikatı işlərin görüldüyü (xidmətlərin göstərildiyi) dövrü və ödənişlərin aparılacağı (aparıldığı) dövrü əhatə etməlidir.

Bununla yanaşı, Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinin ğ) yarımbəndinə əsasən “şəxs” — bu maddənin 2-ci abzası nəzərə alınmaqla yoldaşlıqdan və ya birgə müəssisədən başqa hər hansı fiziki şəxs, şirkət və ya hər hansı şəxslər qrupunu bildirir.

Həmin Konvensiyanın 1-ci maddəsinə əsasən bu Konvensiya Razılığa gələn Dövlətlərdən birinin və ya hər ikisinin rezidenti olan şəxslərə tətbiq olunur.  

Göstərilənləri nəzərə alaraq, qeyd etmək istərdik ki, Böyük Britaniya və Şimali İrlandiya Krallığında qeydiyyatdan keçmiş partnyorluğun yalnız həmin ölkənin rezidenti olan partnyorları  Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisəyə iş və xidmətlər göstərirlərsə, Konvensiyada nəzərdə tutulan üstünlüklərdən yararlana bilərlər.

Bununla yanaşı, Böyük Britaniya və Şimali İrlandiya Krallığının rezidenti olan partnyorların Azərbaycan Respublikasında göstərdiyi işlər və xidmətlər, cəlb olunduqları və icra etdiyi layihələr, görülmüş işlərlə bağlı təqdim olunan invoyslar, təhvil-təslim aktları və işin mahiyyətinə aid olan digər zəruri sənədlər təqdim olunduqdan sonra məsələyə yenidən baxıla bilər.     

 

5/5 (6 Orta qiymət)
Qiymət ver:
İqbal Qasəmov İsa iq***@gmail.com ID: 5876
Salam. Mən 44 günlük Vətən müharibəsində zabit kimi iştirak etmişəm və Ali Baş Komandan tərəfindən Cəbrayıl,Xocavənd və Şuşanın azad olunmasına görə medallara layiq görülmüşəm. Cənab prezidentin məlum fərmanı ilə 01.01.2022-ci tarıxdən Vətən müharibəsi iştirakçısı adı verilib, adım zəfər alt sistemində də var. Hərbi komissarlıqdan da xidmətim haqqında arayış aldım, mühasibatlığa gəlir vergisinə güzəştə görə təqdim etdim. Mühasibatlıqdan bildirildi kı, Veteranlıq vəsiqəsi olmasa güzəşt edə bilməyəcəyik. Bəlkə bu vəsiqə bir ilə hazır olacaq biz bu güzəştdən istifadə edə bilməyəcəyik və ya hazır olduqda biz əvvəlki ayların güzəştini ala biləcəyik? Sizdən bu məsələyə aydınlıq gətirmənizi xahiş edirəm.
27/01/2022 Oxunub: 113 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirləri 400 manat məbləğində azaldılır.

Qeyd olunan güzəştlərdən faydalanmaq üçün tələb olunan sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən müəyyən edilmişdir.

Belə ki, Siyahının 1.7-ci bəndinə əsasən müharibə veteranı vəsiqəsi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları Vergi Məcəlləsinin 102.2.7-ci maddəsində nəzərdə tutulmuş güzəşt hüququnu təsdiq edən sənədlərdəndir.

Buna əsasən müəssisənizin ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş əməkdaşlarının müharibə veteranı olması qeyd edilən müvafiq sənədlərlə təsdiq edildiyi halda onlara Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən vergi güzəşti tətbiq ediləcəkdir.

Eyni zamanda bildiririk ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2022-ci il tarixdən etibarən fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır. 

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Ilqar qurbanov Ye***@mail.ru ID: 5874
Salam, mənim atam 2015-ci ildə vəfat edib və heç bir yerdə işləmirdi. Mən atamın dəfninə görə ölüm pulu almamışam. İndi müraciət edib o vəsaiti ala bilərəm? Xahiş edirəm, cavab yazasınız və atam heç bir müavinət almırdı.
27/01/2022 Oxunub: 84 Orta qiymət: 0

Sosial müavinətlər üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Yariyev Hidayət Nuru oğlu hi***@azerlotereya.com ID: 5873
Əlaqəli şəxs barədə Dövlət Vergi Xidmətinə təqdim edilməli olan Arayış forması, doldurulma qaydası və təqdim etmə müddəti haqqında məlumat verərdiniz.
27/01/2022 Oxunub: 77 Orta qiymət: 0

Bildiririk ki, vergi orqanına təqdim edilməli olan ərizə, arayış, hesabat və qərar formaları saytımızın "Bəyannamə" bölməsinin "Bəyannamə, ərizə formaları, arayış, hesabat və qərarlar" adlı alt bölməsində yerləşdirilmişdir.

Sorğunuzda qeyd olunan adda məlumat forması müəyyən edilmədiyindən, bu haqda vergi orqanına sərbəst formada məlumat təqdim edə bilərsiniz.

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Mehman Əhmədov Qəhrəman oğlu me***@gmail.com ID: 5871
Verci məcəlləsinin 102.2. 4. maddəsinə əsasən müharibə əlilinin vergi güzəşti var. TSEK 5 ildən sonra müharibə əlilinin sağaldığını əsas gətirib əlilliyini ləğv edir. Bu zaman bu maddəyə görə müharibə əlilinin güzəşti dayandırılmalıdırmı?
27/01/2022 Oxunub: 68 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.4-cü maddəsinə əsasən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Eyni zamanda, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunan güzəştlərdən istifadə hüququ olan şəxslər, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı” ilə müəyyən olunmuş sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim etməklə vergi güzəştlərindən istifadə edə bilər.

Yuxarıda qeyd olunan güzəşt hüququ ləğv olunan şəxslərin vergi güzəştindən istifadə etməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və  Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Dilqəm di***@mail.ru ID: 5870
Salam. Bildirmək istərdim ki, müəssisəmiz tikinti fəaliyyəti ilə məsğul olur. Müəssisəmiz MİDA MMC-yə iş və xidmətlər göstərmiş (uyğun olaraq elektron qaimə göndərilmişdir) və həmin xidmətə görə qarşı tərəf müəssisəmizə əsas məbləğ +ƏDV köçürmüşdür (məs.1000+18%). Müəssisəmiz həmin məbləğlə nağdsız qaydada elektron qaimə əsasında material alır. Həmin elektron qaimələr əvəzləşdirilə bilər?
27/01/2022 Oxunub: 124 Orta qiymət: 0

Bildiririk ki, dövlət müəssisəsinin sifarişi əsasında ona göstərilən xidmətlər üzrə digər şəxslərdən alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsinə Vergi Məcəlləsinin 175-ci maddəsində məhdudiyyət nəzərdə tutulmamışdır.

Belə ki, Vergi Məcəlləsinin 175.6-cı maddəsinin müddəalarına əsasən dövlət büdcəsindən ayrılan vəsaitlər (subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla) hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş ƏDV-nin məbləği əvəzləşdirilmir.

Əsas: Vergi Məcəlləsinin 175-ci maddəsi.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Zaur Qasımlı Yasin qa***@mail.ru ID: 5866
Salam. Vergi Məcəlləsinin 156.1.1-ci maddəsinə əsasən könüllü ƏDV qeydiyyatına alınmış vergi ödəyicisi Vergi Məcəlləsinin 221.4.7-ci maddəsinə uyğun olaraq Fərqlənmə nişanı əldə etməlidirmi?
26/01/2022 Oxunub: 99 Orta qiymət: 0

Bildiririk ki, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını həyata keçirən şəxslər ƏDV qeydiyyatına alındıqdan sonra öz fəaliyyətlərini ƏDV-nin və mənfəət (gəlir) vergisinin ödəyicisi kimi davam etdirdiklərindən, onların "Fərqlənmə nişanı" almaqla sabit şəkildə vergi ödəmək öhdəlikləri yaranmır.

Əsas: Vergi Məcəlləsinin 156-cı, 218-ci və 221-ci maddələri. 

0/5 (0 Orta qiymət)
Qiymət ver: