Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

İqtisadiyyat Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

İqtisadiyyat Nazirliyi ölkəmizdə koronavirus pandemiyasına (COVİD-19) qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1,2 milyon manat vəsait köçürüb.

İqtisadiyyat Nazirliyinin və qurumlarının əməkdaşları bu sosial təşəbbüsü əmək haqqı və könüllü ianələri hesabına dəstəkləyiblər.

Sosial aksiyaya Nazirliyin aparatı və regional bölmələri, Nazirlik yanında Dövlət Vergi, Əmlak Məsələləri, Antiinhisar və İstehlak Bazarına Nəzarət dövlət xidmətləri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “Sumqayıt Kimya Sənaye Parkı” MMC, “Təmiz Şəhər” ASC, Sahibkarlığın İnkişafı Fondu,"Azərbaycan İnvestisiya Şirkəti" ASC, AZPROMO və s. qurumları qoşulublar.

Həmrəylik göstərək! Dəstək olaq!