Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Torpaq Məcəlləsində, Vergi Məcəlləsində, Gömrük Məcəlləsində və Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci, 15-ci, 16-cı və 25-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 213; 2001, № 3, maddə 143, № 6, maddə 362, № 11, maddələr 672, 679, № 12, maddə 731; 2002, № 1, maddə 2, № 5, maddə 241, № 6, maddə 328; 2003, № 1, maddələr 9, 23; 2004, № 1, maddə 10, № 2, maddə 57, № 3, maddə 133, № 6, maddə 413, № 7, maddə 505, № 9, maddə 672, № 12, maddə 981; 2005, № 3, maddə 151, № 4, maddə 278, № 7, maddə 560, № 10, maddə 874, № 11, maddə 1001, № 12, maddə 1094; 2006, № 3, maddələr 220, 222, № 5, maddə 385, № 11, maddə 923, № 12, maddələr 1004, 1025, 1030; 2007, № 5, maddələr 401, 437, № 6, maddə 560, № 8, maddə 756, № 11, maddələr 1049, 1053; 2008, № 3, maddə 156, № 7, maddələr 600, 602, № 10, maddə 887, № 11, maddə 960; 2009, № 2, maddə 48, № 5, maddə 294, № 6, maddə 399, № 12, maddələr 949, 969; 2010, № 2, maddələr 70, 75, № 4, maddə 275; 2011, № 1, maddə 11, № 2, maddələr 70, 71, № 6, maddə 464, № 7, maddə 598; 2012, № 11, maddə 1054; 2013, № 2, maddələr 89, 101, № 11, maddə 1268; 2014, № 2, maddə 92, № 10, maddə 1162, № 11, maddə 1339, № 12, maddə 1527; 2015, № 2, maddə 97, № 3, maddə 250, № 6, maddə 680; 2016, № 2 (I kitab), maddələr 190, 201, № 5, maddə 847, № 11, maddə 1767; 2017, № 6, maddələr 1031, 1048, № 12 (I kitab), maddələr 2187, 2189; 2018, № 1, maddə 13, № 6, maddə 1155, № 7 (I kitab), maddələr 1380, 1408, № 12 (I kitab), maddə 2532; 2019, № 1, maddə 35, № 4, maddə 570, № 5, maddələr 796, 804, № 7, maddə 1182, № 8, maddə 1380; 2020, № 1, maddə 1) 312-ci maddəsinin ikinci hissəsində “25” rəqəmləri “18” rəqəmləri ilə əvəz edilsin.

Maddə 2. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 478; 2001, № 12, maddə 736; 2002, № 5, maddələr 237, 241; 2003, № 1, maddə 11, № 6, maddə 256, № 8, maddə 423; 2004, № 2, maddə 59, № 6, maddə 415, № 10, maddə 761; 2006, № 2, maddə 67, № 6, maddə 478, № 8, maddə 657, № 11, maddə 932; 2007, № 1, maddə 3, № 8, maddə 745; 2008, № 5, maddə 348, № 6, maddə 460, № 8, maddə 707, № 12, maddə 1048; 2009, № 2, maddə 36; 2012, № 6, maddə 497; 2013, № 6, maddə 621; 2015, № 3, maddə 244, № 4, maddə 358, № 10, maddə 1094; 2016, № 1, maddələr 24, 27, № 4, maddə 639; 2017, № 1, maddə 24, № 7, maddə 1301, № 12 (I kitab), maddə 2271; 2018, № 5, maddə 890, № 6, maddələr 1184, 1185; 2019, № 1, maddə 34, № 3, maddə 392, № 6, maddə 987) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 45-ci maddənin 4-cü bəndi üzrə:

2.1.1. birinci cümlədə hər iki halda “orqanlarının” sözü “orqanının” sözü ilə, “hesablarına” sözü “hesabına” sözü ilə əvəz edilsin;

2.1.2. ikinci cümlədə “vəsaitlərin bölgüsü və onlardan” sözləri “vəsaitdən” sözü ilə əvəz edilsin;

2.2. 56-cı maddənin 10-cu bəndində aşağıdakı dəyişikliklər edilsin:

2.2.1. ikinci cümlədə hər iki halda “orqanlarının” sözü “orqanının” sözü ilə, “hesablarına” sözü “hesabına, 7 faizi isə dövlət büdcəsinə” sözləri ilə əvəz edilsin;

2.2.2. üçüncü cümlədə “vəsaitin bölgüsü və ondan” sözləri “vəsaitdən” sözü ilə əvəz edilsin.

Maddə 3. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583; 2001, № 7, maddə 454, № 9, maddə 576, № 12, maddə 734; 2002, № 5, maddə 249, № 12, maddə 707; 2003, № 8, maddə 425, № 12 (I kitab), maddə 671; 2004, № 1, maddə 1, № 11, maddə 887, № 12, maddə 980; 2005, № 2, maddə 61, № 8, maddə 688, № 12, maddə 1081; 2006, № 12, maddələr 1005, 1026; 2007, № 1, maddə 4, № 6, maddə 597, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1192; 2008, № 7, maddə 602, № 11, maddə 960; 2009, № 7, maddə 506; 2011, № 1, maddə 14, № 7, maddələr 588, 603, № 12, maddə 1115; 2012, № 6, maddələr 500, 513, № 7, maddə 652, № 9, maddə 841, № 12, maddə 1226; 2013, № 2, maddə 91, № 4, maddə 366, № 11, maddə 1278, № 12, maddələr 1483, 1486, 1495; 2014, № 2, maddələr 94, 98, № 6, maddə 608, № 7, maddə 770, № 8, maddə 957, № 10, maddə 1158, № 12, maddə 1525; 2015, № 1, maddə 11, № 12, maddə 1433; 2016, № 2 (I kitab), maddə 207, № 3, maddələr 396, 402, № 5, maddə 848, № 6, maddələr 973, 974, 1015, № 7, maddə 1245, № 10, maddə 1603, № 11, maddələr 1752, 1792, 1793, № 12, maddələr 2001, 2037, 2046; 2017, № 2, maddə 146, № 5, maddələr 695, 723, 737, № 6, maddə 1055, № 7, maddə 1304, № 8, maddə 1509, № 12 (I kitab), maddələr 2219, 2251, 2270; 2018, № 2, maddə 149, № 5, maddə 863, № 6, maddə 1193, № 7 (I kitab), maddələr 1414, 1427, № 10, maddə 1962, № 11, maddələr 2186, 2210, № 12 (I kitab), maddələr 2498, 2509; 2019, № 1, maddə 30, № 4, maddə 590; № 5, maddələr 796, 801, 804, 812, 814; № 8, maddələr 1364, 1373, 1378, № 12, maddə 1894) 22-1-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 22-1.1-ci maddə üzrə:

3.1.1. birinci cümlədə “Müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın” sözləri “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və elmi-texniki potensialının” sözləri ilə, “orqanı tərəfindən müəyyən edilən hissəsi müvafiq icra hakimiyyəti orqanlarının hesablarına” sözləri “orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hissəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına, qalan hissəsi isə dövlət büdcəsinə” sözləri ilə əvəz edilsin;

3.1.2. ikinci cümlədə “vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı” sözləri “vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözü ilə əvəz edilsin;

3.2. 22-1.2-ci və 22-1.4-cü maddələrinin birinci cümlələrində hər iki halda “orqanların (qurumların) maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanların (qurumların) hesablarına” sözləri “orqanın (qurumun) maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına, 7 faizi isə dövlət büdcəsinə” sözləri ilə, “50” rəqəmləri “43” rəqəmləri ilə əvəz edilsin.

Maddə 4. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 787; 2014, № 10, maddə 1155, № 11, maddə 1368; 2016, № 11, maddə 1791; 2017, № 3, maddə 339, № 7, maddə 1303, № 8, maddə 1510; 2018, № 1, maddə 30, № 11, maddə 2211, № 12 (I kitab), maddə 2521; 2019, № 1, maddə 30, № 5, maddə 814, № 8, maddə 1383) 334-cü maddəsinin birinci cümləsində “ödənişləri” sözü “ödənişlərinin 93 faizi” sözləri ilə, hər iki halda “müvafiq icra hakimiyyəti orqanlarının” sözləri “müvafiq icra hakimiyyəti orqanının” sözləri ilə, “hesablarına” sözü “hesabına” sözü ilə əvəz edilsin və həmin cümləyə “olunur” sözündən sonra “, qalan hissəsi isə dövlət büdcəsinə köçürülür” sözləri əlavə edilsin.

Maddə 5. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 838; 2014, № 7, maddələr 766, 787, № 10, maddə 1165; 2015, № 5, maddə 503; 2016, № 11, maddə 1773, № 12, maddə 2010; 2017, № 5, maddə 755, № 6, maddələr 1019,1043; 2018, № 3, maddə 373, № 5, maddələr 837, 850, № 12 (I kitab), maddə 2535; 2019, № 1, maddə 23, № 3, maddələr 375, 391, № 6, maddə 987) 106-cı maddəsində aşağıdakı dəyişikliklər edilsin:

5.1. ikinci cümlədə “50” rəqəmləri “43” rəqəmləri ilə, hər iki halda “orqanlarının” sözü “orqanının” sözü ilə, “hesablarına” sözü “hesabına” sözü ilə əvəz edilsin;

5.2. üçüncü cümlədə “vəsaitin bölgüsü və ondan” sözləri “vəsaitdən” sözü ilə əvəz edilsin.

5.3. həmin maddəyə aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:

“Bu Məcəllənin 11.5-ci maddəsinə əsasən toplanan haqqın 7 faizi dövlət büdcəsinə köçürülür.”.

Maddə 6. Bu Qanun 2020-ci il aprelin 1-dən tətbiq edilir.

 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 may 2020-ci il.