Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

İqtisadiyyat Nazirliyi Qurban Bayramı münasibətilə şagirdləri sevindirib

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə iyulun 31-də Qurban Bayramı münasibətilə valideyn himayəsindən məhrum olmuş internat məktəblərindən və aztəminatlı ailələrdən olan şagirdlər üçün bayram payı aparılıb. Ölkədə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar bir çox internat məktəblərinin şagirdləri bu bayramı yaxınlarının əhatəsində keçirir. Bunu nəzərə alaraq, əsas gündəlik ərzaq məhsullarından ibarət bayram sovqatı internat məktəbinin həyətində açıq havada sosial məsafə gözlənilməklə şagirdlərin ailə üzvlərinə təqdim edilib. 

İqtisadiyyat Nazirliyi sosial məsuliyyət strategiyası çərçivəsində təşəbbüslərin dəstəklənməsinə daim diqqətlə yanaşır və sosial layihələrin həyata keçirilməsində fəal tərəfdaş kimi iştirak edir. Bu tədbir də sosial layihələrdən biri olmaqla, valideyn himayəsindən məhrum olmuş və qayğıya daha çox ehtiyac duyan məktəblilərə mənəvi dəstək olmaq məqsədi daşıyır.