Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

ƏDV-nin bir hissəsinin geri alınması üçün www.edvgerial.az saytı və ya “BirBank” tətbiqindən istifadə edilməlidir

Son günlər vətəndaşlar tərəfindən “ƏDV geri al” layihəsi ilə bağlı tətbiq edilən müxtəlif tətbiqlər və həmin tətbiqlərdən istifadə edilən zaman ƏDV-nin geri alınmasında çətinliklərlə üzləşmələri barədə müraciətlər daxil olur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bildirir ki, vətəndaşlar ticarət və ictimai iaşə obyektlərində ödəmələr zamanı hesablanmış ƏDV məbləğinin qaytarılması üçün www.edvgerial.az saytı və “BirBank” tətbiqindən istifadə edə bilərlər. Rəsmi elan edilmiş bu sayt və “Birbank” tətbiqi ilə bağlı hər hansı çətinliklər mövcud deyildir və ödənilmiş ƏDV-nin geri alınması üçün qeyd edilən sayt və tətbiqdən istifadə edilməsi tövsiyə edilir.

Vətəndaşlar digər yaradılmış müxtəlif tətbiqlərdən istifadədə diqqətli olmalı, həmin tətbiqləri telefonlara yükləyərkən onların yaradılma məqsəd və şərtləri ilə tanış olmalıdırlar.