Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Dövlət vergi orqanlarında işə qəbulla əlaqədar keçirilmiş müsabiqənin nəticələri elan edilib

Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar keçirilən növbəti müsabiqə başa çatıb. Sayca 17-ci olan müsabiqənin test mərhələsi bu ilin mart ayında baş tutub. Namizədlərdən 167 nəfəri test imtahanından uğurla keçərək 2-ci mərhələdə iştirak hüququ əldə edib. Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar keçirilən müsabiqənin 2-ci mərhələsində namizədlərlə müsahibə keçirilib. Müsahibə hər bir namizədlə fərdi qaydada aparılıb. Müsahibə mərhələsini 159 nəfər müvəffəqiyyətlə keçib və onlar vergi orqanlarının kadr ehtiyatına daxil edilib.

Müsabiqədə uğur qazanan namizədlər Dövlət Vergi Xidmətinin kadr ehtiyat bazasından mütəmadi qaydada vakant vəzifələrə təyin edliləcəklər.

Müsabiqənin nəticələri ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz: 
https://www.taxes.gov.az/az/post/1367