Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Mühasibat uçotu sahəsində qarşıda duran yeni vəzifələr müzakirə olunub

Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi, peşəkar mühasib təşkilatları kimi fəaliyyət göstərən Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM), Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) və Azərbaycan Gənc Mühasiblər İctimai Birliyi (GMİB) arasında görüş keçirilib.

Tədbirdə  “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanunun qüvvəyə minməsindən irəli gələn vəzifələr, mühasiblərin peşə fəaliyyətinin inkişafı, peşəkar mühasib sertifikatının əldə edilməsi və bu təşkilata üzv olmasının zəruriliyi, peşəkar mühasib təşkilatları tərəfindən aparılan maarifləndirici tədbirlərin əhəmiyyəti və bu istiqamətdə həyata keçirilən fəaliyyət məsələləri müzakirə olunub. Görüş zamanı tərəflər arasında qarşılıqlı faydalı əməkdaşlığın istiqamətlərinin müəyyən edilməsi,  təcrübə mübadiləsi, qanunvericiliyə dəyişikliklərlə bağlı məsləhətləşmələrin aparılması, fəaliyyət prosesində yarana biləcək problemlərin həllində koordinasiyanın təşkili və vahid yanaşma prinsiplərinin tətbiqi ətrafında fikir mübadiləsi aparılıb.