Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

İstiqamətləndirici Komitənin ilk iclası keçirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov və BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi Qulam İshaqzainin həmsədrliyi ilə 2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin icrası üzrə İstiqamətləndirici Komitənin ilk iclası keçirilib.

Tədbirdə çıxış edən iqtisadiyyat naziri ölkəmizin BMT-nin ixtisaslaşmış qurumları ilə səmərəli əməkdaşlığını və qlobal proqramların icrasına töhfə verdiyini vurğulayıb. Bildirilib ki, Azərbaycan regionda BMT-nin “Dünyamızın transformasiyası: dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası ilə bağlı görülmüş işlərin yekunu barədə BMT-yə artıq 3-cü Könüllü Milli Hesabatını təqdim edən ilk ölkədir. Bu ilin iyul ayında BMT-nin İqtisadi və Sosial Şurasının himayəsi ilə keçiriləcək Yüksək Səviyyəli Siyasi Forumda Azərbaycan Hökuməti adından hesabatın təqdimatı keçiriləcəkdir.

İclasda Çərçivə Sənədinin ölkəmizdə DİM-lərin maliyyələşdirilməsində mühüm alət olmaqla, aparılan islahatlara və  milli prioritetlərin reallaşdırılması istiqamətində layihələrin həyata keçirilməsinə əlverişli zəmin yaradacağı qeyd olunub.

BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi Qulam İshaqzai təşkilatın pandemiyanın yaratdığı sosial-iqtisadi çətinliklərin aradan qaldırılmasında və işğaldan azad olunmuş ərazilərimizin bərpasında Azərbaycan Hökumətinə dəstəyinin davam edəcəyini bildirib, ölkəmizin DİM-lərin həyata keçirilməsinə bundan sonra da töhfə verəcəyinə əminliyini vurğulayıb.

Tədbirdə Çərçivə Sənədinin 2021-ci il üzrə icrasına dair birgə iş planları təsdiq edilib, əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə olunub.