Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

“Kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı sahəsində aparılmış islahatlar” mövzusunda növbəti vebinar keçirilib

Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Biznesə başlama, vergi və hesabatlılıq işçi qrupunun Fəaliyyət Planı”na əsasən, kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı ilə bağlı Dövlət Vergi Xidməti (DVX) və yerli vergi orqanlarının qeydiyyat, uçot və xidmət sahəsində fəaliyyət göstərən əməkdaşları üçün rübdə bir dəfə onlayn təlimin keçirilməsi və nəticələrinin qiymətləndirilməsi nəzərdə tutulub.

Bununla bağlı təşkil edilmiş növbəti onlayn təlimdə DVX-nin Dövlət qeydiyyatı Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatının təhlili şöbəsinin rəisi Hüsniyyə Abdullayeva "Kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı sahəsində aparılmış islahatlar və elektron qeydiyyatın həyata keçirilməsi" mövzusunda təqdimatla çıxış edib. İştirakçılara kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı sahəsində aparılmış islahatlar və elektron sistemin yeni imkanları barədə ətraflı məlumat verilib. Təlimdə, həmçinin, DVX-nin Tədris Mərkəzinin baş müəllimi Orxan Balayev “Elektron qeydiyyatın tətbiqinin ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması prosesindəki rolu” mövzusunda çıxış edib.

Tədbirin sonunda görüş iştirakçılarının sualları cavablandırılıb, təlimə qatılanların qiymətləndirilməsi həyata keçirilib.