Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Xidmətdə fərqlənən əməkdaşlar üçün növbəti motivasiya tədbiri keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən işçilərin əmək fəaliyyətinin stimullaşdırılması, əmək məhsuldarlığının yüksəldilməsi və motivasiyanın gücləndirilməsinə nail olmaq məqsədilə əməkdaşların asudə vaxtlarının səmərəli təşkilinə xüsusi diqqət yetirilir.

Dövlət Vergi Xidmətinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin dəstəyi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzin Şamaxı rayonunda yerləşən inzibati binasında dövlət vergi orqanlarının xidmətdə fərqlənən daha 30 əməkdaşı üçün növbəti iki günlük motivasiya tədbirləri - mədəni istirahət proqramı təşkil edilib. Bununla bağlı keçirilmiş tədbirdə Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov xidməti fəaliyyəti zamanı fərqlənən əməkdaşlar üçün təlim-tədris proqramı, sosial və mədəni tədbirlərin təşkilinin əhəmiyyətini vurğulayıb. Sonra millət vəkili, iqtisad elmləri doktoru, akademik Ziyad Səmədzadə və tanınmış təlimçi Fəxri Ağayev əməkdaşlar üçün maraqlı mövzularda çıxış ediblər.

Tədbir çərçivəsində Şamaxı rayonunun Dəmirçi kəndinə səfər edən iştirakçılar Dəmirçi Arxeologiya Muzeyi, Dəmirçi emalatxanası və Dəmiçi məscidini ziyarət ediblər, Şamaxı Astrofizika Rəsədxanasında olublar. Mədəni istirahət proqramı zamanı əməkdaşlar arasında şahmat, nərd, dama və stolüstü tennis oyunları üzrə idman turnirləri keçirilib, qaliblərə Tədris Mərkəzinin rəhbərliyi tərəfindən diplom və hədiyyələr təqdim edilib.

DVX-nin əməkdaşları onlar üçün yaradılmış təkmil işgüzar mühiti, stimullaşdırıcı alətləri, təlim və tədris proqramlarını, o cümlədən asudə vaxtın təşkili istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndiriblər, belə tədbirlərin onların fəaliyyətinə və işdə məhsuldarlığın daha da artmasına töhfə verdiyini məmnuniyyətlə qeyd ediblər.