Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

"COVID-19 profilaktikası məqsədilə şənlik mərasimlərinin keçirilməsinə dair tələblər" barədə maarifləndirmə aparılır

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahın qərarına əsasən, 2021-ci il iyulun 1-dən, müəyyən edilmiş şərtlər nəzərə alınmaqla, şənlik mərasimlərinin (toy, nişan, ad günü və s.) keçirilməsinə icazə verilib. Bu tədbirlərin təşkili zamanı koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri görmək, yeni həyat tərzinin qaydalarına uyğun və şərtlərin tələb etdiyi kimi davranış nümayiş etdirmək mütləqdir. Operativ Qərargahın müəyyən etdiyi qayda və şərtlərə əməl olunması şənlik mərasimində iştirak edən şəxslərin sağlamlığının qorunması üçün müvafiq mühitin yaradılmasını təmin edir. Qeyd olunan mərasimlərdə koronavirus infeksiyasına qarşı tələblərə nəzarət məqsədilə müvafiq dövlət qurumları tərəfindən müntəzəm olaraq monitorinqlər keçirilir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən şənlik mərasimlərinin keçirilməsi üçün müəyyən edilmiş qaydalarla bağlı maarifləndirmə işləri də aparılır. Qurum tərəfindən “COVID-19 profilaktikası məqsədilə şənlik mərasimlərinin keçirilməsinə dair tələblər” adlı maarifləndirici flayer hazırlanıb. Burada 50 nəfərədək və 50-150 nəfər iştirakçısı olan şənlik mərasimləri üçün müəyyən edilmiş qaydalar qeyd olunur. Məclislərə gələn iştirakçıların, tədbirin keçirildiyi məkan sahibinin və şənlik mərasiminin təşkilatçısının öhdəlikləri izah olunur. Bundan başqa, qanunvericilikdə müəyyən edilmiş məsuliyyət tədbirləri barədə də məlumat verilir. Məqsəd ictimaiyyətin maarifləndirilməsi və koronavirus infeksiyasına qarşı təsirli vasitələrdən istifadəni genişləndirməkdir.