Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

“Sahibkar qadınların vergi biliklərinin artırılması” mövzusunda növbəti təlim keçirilib

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan Ofisi tərəfindən həyata keçirilən “CIAT Paylaşımdır” Proqramı çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi əməkdaşlarının “Sahibkar qadınların vergi biliklərinin artırılması” mövzusunda təqdim etdikləri layihə Proqramın 2021-ci il üzrə ilk qalibi olub. Bununla əlaqədar Gəncə şəhəri, Şamaxı, Qusar, Zaqatala və Sabirabad rayonlarında sahibkar qadınların vergi mövzusunda maarifləndirilməsi nəzərdə tutulub.

Layihənin növbəti təlimi Qusar rayonunda 3 saylı Ərazi Vergilər İdarəsinin dəstəyi ilə keçirilib. Təlimlərdə Qusar, Quba, Xaçmaz və Şabran rayonlarında fəaliyyət göstərən qadın sahibkarlar iştirak ediblər.

Tədbirdə Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin, Qusar rayon İcra Hakimiyyətinin, KOICA Azərbaycan Ofisinin rəhbərliyi və “Ekvita” şirkətinin nümayəndəsi iştirak edib.

Təlim zamanı müxtəlif vergi növləri, habelə vergi hesabatlarının hazırlanması ilə bağlı nəzəri və praktiki izahlar, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət məsələləri barədə məlumatlar qadın sahibkarların diqqətinə çatdırılıb, suallar ətrafında müzakirələr aparılıb.