Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Şənlik mərasimlərinin  qaydalara uyğun təşkili nəzarətdə saxlanılır

Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mütəxəssislərindən ibarət monitorinq qrupları tərəfindən Bakı şəhərində, eləcə də respublikanın digər şəhər və rayonlarında şənlik mərasimləri təşkil edilən obyektlərdə nəzarət tədbirləri davam etdirilir. Bu günədək monitorinq qrupları tərəfindən 1.650-dən çox obyektdə qayda və şərtlərə əməl olunması vəziyyəti araşdırılıb. Təhlillər göstərir ki, maarifləndirmə tədbirləri başlayan dövrlə müqayisədə şadlıq evlərinin əksəriyyətində tələblərə əməl olunur.

Növbəti monitorinqlər zamanı şənlik mərasimlərinin icaze.e-gov.az portalında qeydiyyatdan keçirilməsi, tədbir təşkil edilən məkanların ərazisi, stollar ətrafında və arasında məsafə, sanitar-gigiyena qaydalarına riayət olunması, işçi heyətin müvafiq vasitələrlə (tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələr) təmin edilməsi, qonaqların COVID-19-a qarşı peyvənd edilməsi və ya sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənədin mövcudluğu və s. məsələlər araşdırılıb. Toy və məkan sahibləri ilə profilaktik söhbətlər aparıb, Operativ Qərargahın müəyyənləşdirdiyi qayda və tələblərə ciddi riayət olunmasının vacibliyi izah edilib. Nöqsanların aşkar olunduğu məkanlarda pozuntular aradan qaldırılıb, toy mərasiminin qaydalara uyğun keçirilməsi təmin edilib və nümunəvi şənlik mərasimlərində ailə quranlara hədiyyələr təqdim olunub.

Qeyd edək ki, indiyədək monitorinq aparılməş şənlik mərasimlərində iştirak edən 230 minə yaxın qonağın müvafiq sənədlərinə baxılıb, 21 minə yaxın nöqsan aşkar olunub. Həmçinin, şənlik təşkil edilən məkanların işçi heyəti arasında 900-dən çox şəxsin tələblərə əməl etmədiyi müəyyənləşdirilib.