Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Karantin qaydalarına əməl etmək sağlamlığın qounması üçün vacib şərtdir

Şənlik məkanlarında tədbirlərin müəyyən edilmiş qayda və tələblərə uyğun təşkilinə nəzarət məqsədilə gündəlik monitorinqlər davam etdirilir. Belə tədbirlərin başlanmasına icazə verildiyi tarixdən bu günədək Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri tərəfindən 1800-dək obyektdə monitorinq aparılıb. Əksər şadlıq evlərində karantin qayda və tələblərinə əməl olunması, xidmət personalı və qonaqlar arasında peyvənd və ya immunitet barədə müvafiq sənədlərə malik olanların sayının əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə artması müsbət hal kimi qiymətləndirilə bilər. Maarifləndirmə tədbirlərinə başlandığı vaxtdan ötən dövr ərzində xidmət persolanının vaksinləşmə göstəricisi 2 dəfəyədək  yüksəlib.

Bununla belə, monitorinqlər zamanı şənlik mərasimlərinin təşkil olunduğu bəzi obyektlərdə qayda pozuntusu hallarına da rast gəlinir. Bunlar, əsasən, məkan sahiblərinin şənlik mərasimlərini icaze.e-gov.az portalında qeydə alınmadan təşkil etməsi, zalların ölçüsü imkan vermədəyi halda, daha çox qonaq üçün sifariş qəbul edilməsi, toylarda qonaqların say və stollar arasında məsafə məhdudiyyətinin pozulmasıdır. 

İndiyədək monitorinq aparılan tədbirlərdə iştirak edən 217 minə yaxın qonağın müvafiq sənədlərinə baxılıb, 22,3 minə yaxın şəxsin sənədlərində nöqsanlar aşkar edilib.

Novbəti monitorinqlər zamanı məkan və toy sahibləri ilə izahat işləri aparıldıqdan sonra həll edilə bilən pozuntu halları aradan qaldırılıb, tədbirlərin qaydalara uyğun həyata keçirilməsi təmin olunub. Nümunəvi toy mərasimlərinin təşkil olunduğu məkanlarda yeni evlənənlərə hədiyyələr təqdim edilib.

Bir daha bildiririk ki, tədbirlərin təşkili zamanı vətəndaşlar tərəfindən karantin rejiminin qayda və tələblərinə ciddi əməl edilməli, xidmət personalının vaksinləşməsinə xüsusi  diqqət  yetirilməlidir.  Bu, hamımızın sağlamlığının qorunması üçün vacib şərtdir.