Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

“Sahibkar qadınların vergi biliklərinin artırılması” mövzusunda təlimlər davam edir

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan Ofisi tərəfindən həyata keçirilən “CIAT Paylaşımdır” Proqramı çərçivəsində Zaqatala şəhərində 13 saylı Ərazi Vergilər Baş İdarəsinin dəstəyi ilə “Sahibkar qadınların vergi biliklərinin artırılması” mövzusunda növbəti təlimi keçirilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin əməkdaşları tərəfindən keçirilmiş təlimlərə regionda fəaliyyət göstərən 50-dən artıq qadın sahibkar qatılıb.

Təlimlər zamanı sahibkarlara müxtəlif vergi növləri, habelə vergi hesabatlarının hazırlanması ilə bağlı nəzəri və praktiki izahlar verilib, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət məsələləri barədə məlumatlar diqqətə çatdırılıb. Təlimlərdə sahibkarların sualları cavablandırılıb, onları maraqlandıran məsələlərlə bağlı müzakirələr aparılıb.