Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinin fəaliyyəti haqqında

2021-ci ilin yanvar-avqust ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə 435.550 zəng daxil olub ki, bunun da 90,9%-i canlı rejimdə təmsilçi tərəfindən  cavablandırılıb. Hesabat dövründə 1 iş günü ərzində təmsilçi ilə əlaqə yaratmaq üçün daxil olmuş zənglərin sayı orta hesabla 1.875, cavablandırılmaya qəbul edilmiş zənglərin sayı isə 1.706 olub.

Çağrı Mərkəzinə daxil olan və birbaşa cavablandırılması mümkün olmayan zənglər üzrə mürəkkəb sual kateqoriyası, elektron xidmətlərdən istifadə zamanı xəta,  3-cü şəxslərin pozuntuları,  vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi), təkliflərin qəbulu və s. məsələlərlə bağlı müraciət vərəqələri tərtib edilib.

Bu lin aprel ayından Çağrı Mərkəzinin “Telegram” kanalı istifadəyə verilib və hazırda kanala 2.890 abunəçi qeydə alınıb. Ötən dövr ərzində “Telegram” kanalı vasitəsilə qanunvericilik, elektron xidmətlərdən istifadə, bəyannamələrin (hesabatların) təqdim olunma vaxtı və digər aktual məsələlər barədə məlumat xarakterli paylaşımlar edilib.