Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

“Kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı sahəsində aparılmış islahatlar” mövzusunda vebinar keçirilib

Dövlət vergi orqanı əməkdaşları üçün "Kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı sahəsində aparılmış islahatlar” mövzusunda vebinar formatda növbəti təlim keçirilib. Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya”nın “Biznesə başlama, vergi və hesabatlılıq işçi qrupunun Fəaliyyət planı”na əsasən, kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı ilə bağlı Dövlət Vergi Xidməti və yerli vergi orqanlarının qeydiyyat, uçot və xidmət sahəsində fəaliyyət göstərən əməkdaşları üçün rübdə bir dəfə onlayn təlimin keçirilməsi və nəticələrinin qiymətləndirilməsi nəzərdə tutulub. Bununla bağlı təşkil edilmiş növbəti təlimdə Dövlət Vergi Xidmətinin Dövlət qeydiyyatı Baş İdarəsinin şöbə rəisi Leyla Hüseynzadə "Kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı sahəsində aparılmış islahatlar və elektron qeydiyyatın həyata keçirilməsi" mövzusunda təqdimatla çıxış edib. İştirakçılara kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı sahəsində aparılmış islahatlar və elektron sistemin yeni imkanları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hüquqi şəxslərin elektron dövlət qeydiyyatı sahəsində islahatların məqsədi biznesə başlama prosedurlarının sadələşdirilməsi, vaxta qənaət, şəffaflığın təmin olunması, məmur-sahibkar ünsiyyətinin minimuma endirilməsi və vətəndaş məmnunluğunun artırılmasıdır. 

Tədbirin sonunda təlim iştirakçılarının qiymətləndirilməsi aparılıb, mövzu ilə bağlı suallara aydınlıq gətirilib.