Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 53; 2002, № 10, maddə 635; 2003, № 6, maddə 342; 2008, № 8, maddə 787; 2010, № 3, maddə 264, № 6, maddə 569; 2013, № 10, maddə 1200; 2016, № 9, maddə 1585, № 11, maddə 1976; 2019, № 3, maddə 513, № 7, maddə 1319; 2021, № 3 maddə 282, № 4, maddə 405) ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1-ci bəndin birinci və ikinci abzaslarında “Milli” sözü “Vətən müharibəsi” sözləri ilə əvəz edilsin.

2 2. Aşağıdakı məzmunda 1.1-1-ci bənd əlavə edilsin: “1.1-1. Azərbaycanın Milli qəhrəmanları: Azərbaycan Respublikası Milli qəhrəmanlarının təltif edilmə barədə vəsiqəsi;”.


Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 2 oktyabr 2021-ci il

№ 290