Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergi orqanlarına müraciətlər azalıb

2021-ci ilin 9 ayı ərzində vergi orqanlarına 183 min 283 müraciət daxil olub ki, bu da, ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,8 % azdır. Müraciətlərin 166.737-si ərizə, 16.338-i şikayət, 208-i təklif olub. 77 müraciətin icrası xüsusi nəzarətə götürülüb.

Baxılmış 178.547 müraciətdən 66,6 %-i müsbət həll olunub, 29,6 %-i barədə müvafiq izahat verilib.

Müsbət həll olunmuş 5.409 faktiki şikayətin 83 %-i kameral vergi yoxlamaları, 4,6 %-i maliyyə sanksiyasının silinməsi, 2,3 %-i vergi borcları, 10,1 %-i isə digər məsələlərlə bağlı olub.

Hesabat dövründə Dövlət Vergi Xidmətinin Aparatına 16.607 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 44,6 % azdır. 2021-ci ilin 9 ayı ərzində Dövlət Vergi Xidmətinin Aparatında ümumilikdə 59 vətəndaşın videoqəbulu təşkil edilib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülərək qanunamüvafiq izahatlar verilib.