Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Vergilər naziri Almaniya Federativ Respublikasının səfiri ilə görüşüb

Martın 1-də vergilər naziri Mikayıl Cabbarov Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Mixael Kindsqrab ilə görüşüb.

Görüşdə hər iki ölkənin iqtisadi partnyor kimi qarşılıqlı maraq doğurduğu qeyd edilib, Azərbaycanda iqtisadi sahədə aparılan islahatlar, ölkələrarası ticarətin genişlənməsi və investisiyaların yatırılması sahəsində, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Avropadaxili Vergi Administrasiyaları təşkilatı çərçivəsində uğurlu əməkdaşlıq məsələlərinə toxunulub.

Tərəflər iki ölkənin vergi orqanları arasında mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair fikir mübadiləsi aparıb.