Vergilər naziri İsveçrə Konfederasiyasının səfiri ilə görüşüb

Fevralın 16-da vergilər naziri Mikayıl Cabbarov İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Filip Ştalder ilə görüşüb.
Görüşdə iki ölkənin vergi orqanları arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın mövcud durumu, qarşılıqlı maraq doğuran sahələr üzrə təcrübə mübadiləsi və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Görüş zamanı, Azərbaycanda fəaliyyət göstərən İsveçrə şirkətləri və onların vergi orqanları ilə əməkdaşlığı ətrafında fikir mübadiləsi aparılıb.

17 fevral 2018, 14:20