Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergi qanunvericiliyinə edilmiş dəyişikliklərlə bağlı təlimlər keçirilir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Siyasəti baş idarəsi və Tədris Mərkəzi Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə bağlı birgə təlimlərə başlayıb. Dekabrın 24-dək davam etdirilməsi nəzərdə tutulan onlayn təlimlərin məqsədi vergi orqanı əməkdaşlarının vergi qanunvericiliyinə edilmiş dəyişikliklərlə bağlı məlumatlandırılmasıdır.

Təlimlər vergitutma bazasının genişləndirilməsi, vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi, vergidən yayınma hallarına qarşı mübarizə, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin, sahibkarlıq subyektlərinin və bank-maliyyə sektorunun vergi yükünün azaldılması, sahibkarlıq fəaliyyətinin təşviqi, uçot siyasətinin təkmilləşdirilməsi və s. mövzuları əhatə edir.