Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Dövlət Vergi Xidməti tərəfindən maarifləndirici bukletlər hazırlanıb

Azərbaycan Respublikasının Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə bağlı vergi ödəyicilərinin məlumatlandırılması və maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər nəzərə alınmaqla maarifləndirici bukletlər hazırlanıb və qurumun rəsmi internet səhifəsində yerləşdirilib.

“Maliyyə sanksiyaları, faizlər və digər məsuliyyət tədbirləri barədə yaddaş”, “Vergi ödəyicisinin hüquq və vəzifələri”, “Vergi öhdəliklərinin yerinə yetirilməsi”, “Dövlət büdcəsinə ödənilən torpaq vergisi”, “Sadələşdirilmiş vergi”, “Onlayn kassanın tətbiqi”, “Mədən vergisi”, “Mənfəət vergisi”, “Kommersiya qurumlarının dövlət qeydiyyatına alınması”, “Dövlət büdcəsinə ödənilən əmlak vergisi”, “Fiziki şəxslərin uçotu”, “Sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyəti ilə əlaqədar fiziki şəxslərin gəlir vergisi”, “Əlavə dəyər vergisi”, “Bələdiyyə vergiləri”, “Aksizlər” və “Daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlirin vergiyə cəlb edilməsi” adlı bukletlərdə vergi ödəyiciləri üçün zəruri məlumatlar barədə ətraflı izahat yer alır.

Həmçinin “Sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqı”, “Aylıq sabit məbləğdə sadələşdirilmiş verginin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının hesablanması və ödənilməsi”, “Muzdlu işlə əlaqədar tutulan gəlir vergisi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı (icbari tibbi sığorta haqqı, işsizlikdən sığorta haqqı, məcburi dövlət sosial sığorta haqqı və muzdlu işlə əlaqədar tutulan gəlir vergisi daxil olmaqla) adlı bukletlər də hazırlanıb.

Bukletlərlə tanış olmaq üçün aşağıdakı keçiddən istifadə edə bilərsiz: https://www.taxes.gov.az/az/page/vergilere-aid-nesrler