Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

“Vergiləri ödədiyinizə görə sizə minnətdarıq”

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən vergi sahəsilə bağlı məlumatlandırma və maarifləndirilmə işləri davam etdirilir. Bu istiqamətdə tədbirlər çərçivəsində vergi mədəniyyətinin yüksəldilməsi, vergilərin könüllü ödənişinin təşviqi, vergi ödəməyin əhəmiyyətinin təbliği və cəmiyyətin sosial rifahı üçün vacibliyi barədə məqamlar diqqətə çatdırılır. Maarifləndirmə vasitəsi olaraq müxtəlif informativ vasitələrdən istifadə olunur və fərqli yanaşmalar tətbiq edilir. Vergilərin ödənişinin əhəmiyyətini ifadə etmək üçün Dövlət Vergi Xidməti tərəfindən yeni maarifləndirici posterlər hazırlanıb. “Vergiləri ödədiyinizə görə sizə minnətdarıq” şüarlı posterlərdə vergi ödəməyin üstünlükləri, vətəndaşlar üçün faydaları və büdcəyə töhfəsi müxtəlif yaş qruplarını və peşə sahiblərini əhatə edən insanlar vasitəsilə təqdim olunur. 20-ə qədər belə reklam lövhəsi Bakı şəhəri və regionların mərkəzi küçə və prospektlərində quraşdırılıb. 

Dövlət Vergi Xidməti tərəfindən ictimaiyyətin maarifləndirilməsi işləri mütəmadi olaraq həyata keçirilir və bu təşəbbüslər davamlı olacaq.

Vergiləri düzgün, tam və vaxtında ödəyən bütün vergi ödəyicilərinə təşəkkür edirik!