Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Yaponiya ilə iqtisadi əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yaponiyanın xarici işlər nazirinin parlamentar müavini Honda Taro ilə görüşüb.

Nazir ölkəmizin Yaponiya ilə əlaqələrin inkişafına önəm verdiyini, iqtisadi əməkdaşlığın genişləndiyini qeyd edib, ticarət tərəfdaşlığının gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə sənaye, rəqəmsal iqtisadiyyat və Dördüncü Sənaye İnqilabı texnologiyalarının tətbiqi, turizm, bərpa olunan enerji və s. sahələrdə əməkdaşlığın inkişafı üçün böyük imkanların olduğu diqqətə çatdırılıb.

Yaponiyanın xarici işlər nazirinin parlamentar müavini Honda Taro Azərbaycanla diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə Yaponiyanın ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə 2022-ci ilin “Azərbaycan - Yaponiya Dostluq İli” elan olunduğunu diqqətə çatdırıb, ölkəsinin Azərbaycanla əlaqələrinin inkişafına dair fikirlərini bölüşüb.

Tərəflər iqtisadi, xüsusilə ticarətin və investisiya qoyuluşlarının artırılması, müqavilə-hüquq bazasının möhkəmləndirilməsi, “yaşıl enerji” sahəsində əməkdaşlıq, eləcə də qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə ediblər.