Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

“Transfer qiymətlərinin müəyyən edilməsi” mövzusunda təlimlər keçirilir

Asiya İnkişaf Bankının təşkilatçılığı ilə Dövlət Vergi Xidmətinin əməkdaşları üçün “Transfer qiymətlərinin müəyyən edilməsi”nə həsr olunmuş təlim keçirilib. 

Beynəlxalq vergitutma sahəsində ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə baş tutan təlimin birinci sessiyası zamanı transfer qiymətlərinin müəyyənləşdirilməsi üsulları, müqayisə edilən əməliyyatlar və onların təhlili üçün istifadə olunan məlumat bazaları haqda məlumat verilib, o cümlədən əlaqəli tərəflər arasında əməliyyatlarla bağlı məşğələ aparılıb. Təlimin növbəti sessiyasının may ayının sonunda təşkil edilməsi planlaşdırılır.

Asiya İnkişaf Bankı və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində belə təlimlərin davam etdirilməsi, DVX əməkdaşlarının beynəlxalq vergitutma sahəsində bilik və bacarıqlarının müasir tələblərə uyğunlaşdırılması nəzərdə tutulur. Növbəti təlimlərdə vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinə (BEPS) qarşı tədbirlər kontekstində vergidən yayınma sxemləri, bununla bağlı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) tövsiyələri, eləcə də qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla digər mövzular əhatə olunacaq.