Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Moldova ilə iqtisadi tərəfdaşlığın genişləndirilməsi müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Moldovanın Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrey Spinu ilə görüşüb.

Tədbirdə Azərbaycanın Moldova ilə əlaqələrə önəm verdiyi vurğulanıb, iqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsi üçün potensial diqqətə çatdırılıb. Bildirilib ki, ölkələrimiz arasında investisiya, ticarət, sənaye, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var.

Tərəflər iqtisadi sahədə əlaqələrin inkişafı, o cümlədən investisiya qoyuluşu, biznes forumun təşkili, Azərbaycanın qeyri-neft məhsullarının Moldovaya ixracı və s. məsələləri müzakirə ediblər.