Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

DVX rəisi “Uğur yolu” Karyera İnkişaf Proqramının qalibləri ilə görüşüb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli “Uğur yolu” Karyera İnkişaf Proqramının qalibləri ilə görüşüb. 

Görüş iştirakçıları ilə səhər yeməyinə qatılan DVX rəisi qeyri-rəsmi formatda müsabiqənin qalibləri ilə söhbət edib, yeni nəsil idarəçilərin hazırlanması və idarəetmə bacarıqları yüksək olan ehtiyat kadrlar bazasının formalaşdırılmasında “Uğur yolu” Karyera İnkişaf Proqramından böyük gözləntilərin olduğunu vurğulayıb. O.Nəzərli, həmçinin, idarəçi rəhbərlər üçün tələblər, idarəçilik bacarıqlarının inkişafı baxımından zəruri olan amillər, idarəetmədə səmərəli nəticələr əldə etmək üçün peşəkar yanaşma tərzinin formalaşması, strateji və taktiki planlaşdırmanın aparılması ilə bağlı fikirlərini bölüşüb, qaliblərin fərdi inkişafı üçün tövsiyələrini verib.

Səmimi şəraitdə keçən görüşdə “Uğur yolu” Karyera İnkişaf Proqramının qalibləri O.Nəzərliyə fərdi inkişaf, mühüm qərarların qəbulunda tələb olunan bacarıqlar, böyük kollektivlərin idarə edilməsi təcrübəsi və cari çağırışlarla bağlı suallar ünvanlayıb, DVX rəisinin şəxsi təcrübəsi ilə maraqlanıblar.