Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev "Uğur yolu" Karyera İnkişaf Proqramının qalibi ilə görüşüb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini İlkin Vəliyev “Uğur yolu” Karyera İnkişaf Proqramının qalibi Vasif Ağarzayev ilə mentorluq proqramına başlayıb. 

DVX-nin rəis müavini İlkin Vəliyev kadr potensialının gücləndirilməsində “Uğur yolu” Karyera İnkişaf Proqramının əhəmiyyətini vurğulayıb, şəxsi inkişaf təcrübəsi barədə məlumat verib.

Vasif Ağarzayev mentorluq proqramı üçün təşəkkürünü bildirib, qazandığı təcrübənin özünün idarəetmə bacarıqlarının inkişafında əhəmiyyətli olduğunu qeyd edib. 

Görüşdə peşəkar vərdişlər, təhliletmə və qərarvermə bacarıqları, idarəetmədə tətbiq edilən müasir yanaşmalar müzakirə olunub, iştirakçını maraqlandıran suallar cavablandırılıb.  

Qeyd edək ki, “Uğur yolu” müsabiqəsinin qaliblərinin şəxsi inkişafı məqsədilə tətbiq edilən mentorluq proqramı İqtisadiyyat Nazirliyinin rəhbər şəxsləri ilə 1 il müddətində mütəmadi görüşlərin, müzakirələrin keçirilməsini və birgə işləməyi nəzərdə tutur.