Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Latviya ilə iqtisadi əməkdaşlığın inkişafı imkanları genişdir

Latviya ilə kənd təsərrüfatı, rəqəmsal iqtisadiyyat, Latviya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulmasında, “Araz Vadisi İqtisadi Zonası” və Ağdam sənaye parklarında, Ələt Azad İqtisadi Zonasında həyata keçirilən layihələrdə, həmçinin digər iqtisadi sahələrdə əməkdaşlıq üçün geniş imkanlar var. Bu fikirlər iqtisadiyyat naziri Mikayıl Cabbarovun Latviyanın kənd təsərrüfatı naziri Kaspars Gerhards ilə görüşündə səsləndirilib.

Görüşdə tərəflər iqtisadi-ticarət əlaqələrinin hazırkı vəziyyətini, tərəfdaşlığın genişləndirilməsi istiqamətlərini müzakirə ediblər.