Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Dövlət, özəl sektor və vətəndaş cəmiyyəti əməkdaşlığı müzakirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) birgə təşkilatçılığı ilə FHI360 təşkilatının “MG Consulting” və Gənc Mühasiblər İctimai Birliyi ilə icra etdiyi Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti Layihəsi (ECSOFT) çərçivəsində “Dövlət, özəl sektor və vətəndaş cəmiyyəti əməkdaşlığı: problemlər və həlli yolları” mövzusunda dəyirmi masa keçirilib.

Gənc Mühasiblər İctimai Birliyinin sədri Solmaz Əliyeva bildirib ki, dəyirmi masanın keçirilməsində əsas məqsəd dövlət, özəl sektor və vətəndaş cəmiyyətinin əməkdaşlığı sahəsində mövcud problemlərin birgə müzakirəsi, onların aradan qaldırılması üçün şəffaflığın artırılması və ictimai nəzarətin gücləndirilməsi, qanunvericilik bazasının təşmilləşdirilməsi üzrə səmərəli fəaliyyətin təmin edilməsidir.

Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov layihə çərçivəsində aparılmış araşdırmaların nəticələri barədə hesabatla çıxış edib.

Dəyirmi masada bir sıra dövlət və qeyri-dövlət qurumlarının nümayəndələri, müstəqil ekspertlər, bank mütəxəssisləri iştirak ediblər. Fəal müzakirələr şəraitində keçən tədbirdə qarşıya çıxan problemlərin həlli yolları üzrə təkliflər səsləndirilib.