Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015–2020-ci illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında” 2015-ci il 23 dekabr tarixli 1645 nömrəli, “Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 17 mart tarixli 2760 nömrəli, “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 28 iyun tarixli 260 nömrəli, “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 16 noyabr tarixli 711 nömrəli sərəncamlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” 2001-ci il 29 mart tarixli 665 nömrəli Sərəncamının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 3 avqust tarixli 3405 nömrəli Sərəncamının icrasının təmin edilməsi haqqında

“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015–2020-ci illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında” 2015-ci il 23 dekabr tarixli 1645 nömrəli, “Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 17 mart tarixli 2760 nömrəli, “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 28 iyun tarixli 260 nömrəli, “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 16 noyabr tarixli 711 nömrəli sərəncamlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” 2001-ci il 29 mart tarixli 665 nömrəli Sərəncamının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 3 avqust tarixli 3405 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə:
1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015–2020-ci illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında” 2015-ci il 23 dekabr tarixli 1645 nömrəli, “Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 17 mart tarixli 2760 nömrəli, “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 28 iyun tarixli 260 nömrəli, “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 16 noyabr tarixli 711 nömrəli sərəncamlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” 2001-ci il 29 mart tarixli 665 nömrəli Sərəncamının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 3 avqust tarixli 3405 nömrəli Sərəncamına (bundan sonra – Sərəncam) uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
2. Razılaşdırma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu Sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb, icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər. Eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlər “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun müvafiq olaraq 48.2-ci, 48.3-cü və 48.5-ci maddələrinin tələblərinə əməl olunmasını təmin etsinlər.
3. Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, Fərmanın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Fərmana uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
5. Bu Sərəncamın icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilsin.
6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 12 avgust 2022-ci il