Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Qablaşdırma fəaliyyəti ilə məşğul olan şirkətlərin təmsilçiləri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinliklər və təkliflərinin öyrənilməsi istiqamətində qarşılıqlı əməkdaşlığı və görüşləri davam etdirir.

DVX-nin Vergi siyasəti Baş İdarəsi tərəfindən təşkil edilmiş növbəti belə görüş  “Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyası” İctimai Birliyi və qablaşdırma fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin nümayəndələri onlayn formatda keçirilib. Görüşdə iştirakçıların səsləndirdiyi məsələlər, o cümlədən vergi uçotunda olmayan şəxslərdən mal alışı ilə bağlı elektron alış aktlarının tərtibi, ödəmə mənbəyində verginin tutulması, üzləşmə aktlarının tərtibi və sahə üzrə idxaldan asılılığın azaldılması istiqamətində təkliflər müzakirə edilib, vergi qanunvericiliyinin tətbiqi barədə suallar cavablandırılıb. Dövlət-biznes əməkdaşlığının inkişafı və vergitutma mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı sahibkarların rəy və təkliflərinin öyrənilməsi istiqamətində görüşlərin mütəmadi olaraq davam etdiriləcəyi diqqətə çatdırılıb.