Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Füzuli Rayon Vergilər Şöbəsində Asan Sertifikat Xidmətləri Mərkəzi yaradılıb

Füzuli rayonunun Horadiz şəhəri və bir sıra kəndləri ilə 8 saylı Ərazi Vergilər İdarəsinin Beyləqanda yerləşən xidmət mərkəzi arasında məsafənin uzaq olduğunu nəzərə alaraq, Füzuli Rayon Vergilər Şöbəsində Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) fəaliyyətə başlayıb. Yeni Mərkəzin yaradılması vergi ödəyicilərinin işini asanlaşdırmaqla yanaşı, Füzuli rayonunda iqtisadi canlanmanın sürətləndirilməsi, innovativ texnologiyaların tətbiqi və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradılmasına xidmət edir.