Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Zəfər Gününə həsr olunmuş minifutbol turnirinə start verilib

Oktyabrın 29-da İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilmiş minifutbol turnirinə start verilib.

Turnirin açılış mərasimi Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinin rəis müavini Ceyhun Mehdiyev 44 günlük Vətən Müharibəsindən bəhs edib, Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə iştirak edənlər arasında DVX əməkdaşlarının da olduğunu diqqətə çatdırıb. Vətən Müharibəsi iştirakçısı, DVX-nin Sənədlərlə iş və icra intizamına nəzarət baş idarəsinin rəis müavini Elçin Əmirov keçdiyi döyüş yolundan danışıb, xatirələrini bölüşüb.

Açılış mərasimindən sonra turnirə start verilib. Yarışda DVX Aparatının və xidmətin strukturuna daxil olan qurumların 17 komandası iştirak edir. 6 həftə davam edəcək turnirin yekununda qaliblərə kubok, qiymətli hədiyyələr və DVX Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin Fəxri Fərmanları təqdim ediləcək.