Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

DVX-nin rəsmi saytında istifadəçilərin rahatlığı üçün yeni bölmələr yaradılır

Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi təqdim edilib. Yol Xəritəsinin “Vergi qaydalarının keyfiyyəti” alt-indikatoru üzrə vergi müddəalarının aydınlığının təmin edilməsi istiqamətində həyata keçiriləcək tədbirlər müəyyənləşdirilib. Sənədə əsasən, nəzərdə tutulmuş işlər arasında internet səhifələrində tez-tez verilən suallar (FAQ) bölməsinin yaradılması, Vergi Məcəlləsinə edilən dəyişikliklər barədə ayrıca FAQ-ların yerləşdirilməsi və “Ən çox verilən suallar (FAQ)” altbölməsi üzrə axtarış funksiyasının yaradılması, sualların vergi növləri və tematik mövzular üzrə qruplaşdırılması da yer alır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qurumun rəsmi internet səhifəsində həmin bölmə yaradılıb və burada müvafiq məlumatlar yerləşdirilib. Dövlət Vergi Xidməti rəsmi internet səhifəsindən “Müraciətlər” bölməsinə daxil olduqdan sonra “Sual-cavab” altbölməsinə keçid etmək və buradan “Ən çox verilən suallar (FAQ)” bölümünə daxil olmaq olar. Burada suallar mövzular üzrə qruplaşdırılıb. Belə ki, vergi ödəyicilərinin fəaliyyəti ilə bağlı mövzular, o cümlədən tədiyyələr, vergi ödəyicilərinin öhdəlikləri və s. barədə suallara dolğun cavablar hazırlanıb. Məlumatlar sadə, anlaşıqlı və əsaslandırılmış formada təqdim edilib.

Vergi sistemində tətbiq edilən yeniliklərə və biznes mühitində yeni çağırışlara uyğun olaraq “Ən çox verilən suallar (FAQ)” bölməsi davamlı olaraq yeniləcək. Ətraflı məlumatı aşağıdakı keçiddən əldə etmək olar: https://www.taxes.gov.az/az/page/en-cox-verilen-suallar-2022