Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Sosial sığorta ödəmələri 4,6 mlrd. manat olub

2022-ci ildə muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4,6 milyard manat olmaqla əvvəlki illə müqayisədə 19,2 faiz və ya 737,8 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2021-ci illə müqayisədə 19,2 faiz artaraq 2,9 milyard manatdan çox təşkil edib.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar əvvəlki illə müqayisədə 19 faiz artıb və 160,2 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 17,5 faiz artaraq 116,5 milyon manat təşkil edib.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 2021-ci illə müqayisədə 38,1 faiz artıb və 822,2 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 47,4 faiz artaraq 563,9 milyon manat təşkil edib.