Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Əczaçılıq sahəsində çalışan şirkətlərlə müzakirələr aparılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinliklərin aradan qaldırılması və irəli sürdükləri təkliflərin öyrənilməsi istiqamətində qarşılıqlı əməkdaşlıq və görüşlər davam etdirilir.

Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsi tərəfindən təşkil olunmuş növbəti belə görüş əczaçılıq sahəsində çalışan şirkətlərin və bu sektoru təmsil edən ictimai birliklərin nümayəndələri ilə onlayn formatda keçirilib. Görüşdə ölkəmizdə əczaçılıq sənayesinin inkişafı, istehsal sahələri üçün vergi təşviqi imkanları, dərman vasitələrinin idxalı, logistika, anbar infrastrukturunun təkmilləşdirilməsi, vaxtı keçmiş dərmanların utilizasiyası, bu proses üzrə xərclərin rəsmiləşdirilməsi, ƏDV güzəştlərinin verilməsi ilə bağlı təkliflər səsləndirilib. Sahibkarların ictimai birlikləri tərəfindən irəli sürülmüş təkliflərə dair fikir mübadiləsi aparılıb, bir sıra təkliflər baxılması üçün qeydə alınıb.

Dövlət - biznes əməkdaşlığının daha da genişləndirilməsi və vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində sahibkarların rəy və təkliflərinin öyrənilməsi məqsədilə görüşlərin davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.