Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Elektron məlumat mübadiləsi məsələləri müzakirə edilib

Martın 10-da Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi” çərçivəsində görülmüş işlərlə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələrinin iştirakı ilə videokonfrans formatında görüş keçirilib. Tədbir “Yol Xəritəsi”nin 2.2.1-ci bəndində nəzərdə tutulmuş kommersiya hüquqi şəxslərin qeydiyyat prosesi zamanı elektron mübadiləni təmin edən texniki imkanın yaradılması üzrə məsələlərin müzakirəsinə həsr olunub.

İştirakçılar arasında elektron məlumat bazalarının mövcud vəziyyəti, inteqrasiya ilə bağlı qarşıda duran texniki həllər, mübadiləsi nəzərdə tutulan məlumatlar üzrə proseslər xəritəsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb. İnteqrasiya zərurəti yaranmış sənədlərin siyahısı və məlumat mübadiləsini təmin edəcək elektron sistem üçün tələb olunan texniki məsələlər görüş iştirakçılarının diqqətə çatdırılıb.

Tədbir zamanı məlumat bazalarının müəyyən olunmuş müddətlər çərçivəsində əlaqələndirilməsi üçün texniki imkanın yaradılması istiqamətində zəruri işlərin görülməsi razılaşdırılıb.