Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Beynəlxalq vergitutma sahəsində yeni çağırışlar müzakirə edilib

Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasının (ECOSOC) vergi sahəsində beynəlxalq əməkdaşlıq üzrə ekspertlər komitəsinin 26-cı sessiyası və beynəlxalq vergi sahəsində xüsusi iclası keçirilib. Tədbirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin rəis müavini Ceyhun İsmayılov iştirak edib.

İclaslarda son dövrlərdə beynəlxalq vergitutma sahəsində, xüsusilə transfer qiymətləri, elektron ticarətin vergiyə cəlb edilməsi, ikiqat vergitutmanın aradan qaldırılmasına dair sazişlər və onların tətbiqi ilə bağlı inkişaf etməkdə olan ölkələrin qarşılaşdıqları çətinliklər müzakirə edilib və onların həlli yolları barədə təkliflər səsləndirilib. Komitənin iclası çərçivəsində sözügedən məsələlər üzrə hazırlanmış hesabatlara müvafiq rəylər bildirilib.