Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Yanvar – mart aylarında 87.587 Asan İmza sertifikatı verilib

2023-cü ilin yanvar – mart ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 148.075 şəxs qəbul edilib və onlara 281.491 sayda xidmət göstərilib ki, bunlardan 80 minə qədəri şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 69 mindən çoxu isə elektron xidmətlər (bəyannamələrin və hesabatların, eləcə də müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) olub.

Rüb ərzində göstərilmiş ümumi elektron xidmətlərin 88,4 faizini 10 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

  • bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;

  • qapalı zərfdə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, şifrə və parolun verilməsi və yenidən verilməsi;

  • vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;

  • sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi barədə qəbzin verilməsi;

  • vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;

  • fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;

  • Asan İmza sertifikatlarının verilməsi;

  • vergi ödəyicisinə arayışların verilməsi;

  • vergi ödəyicisinin fəaliyyətinin bərpası;

  • fiziki şəxsin uçotdan çıxarılması.

Bu ilin yanvar – mart ayları ərzində 1.015 vergi ödəyicisinin iştirakı ilə 76 görüş keçirilib, 1.381 ödəyiciyə ünvanlı xidmət göstərilib. Vergi ödəyicilərindən daxil olmuş 6,7 minə yaxın yazılı müraciət cavablandırılıb, onlara 4,1 milyondan çox məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub), mobil telefon nömrələrinə 481 minə yaxın SMS göndərilib.

Birinci rüb ərzində ümumilikdə 58.316 müraciət üzrə 87.587 Asan İmza sertifikatı verilib. 3.700-dən çox vergi ödəyicisinin mövcud sertifikatının yenilənməsi qüvvədə olan Asan İmza, onlara yeni sertifikatların verilməsi isə elektron xidmətlər vasitəsilə həyata keçirilib.