Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Naxçıvan MR-də sosial sığorta haqları üzrə daxilolmalar 37 mln. manatdan çox olub

Naxçıvan Muxtar Respublikasında 2023-cü ilin yanvar-mart aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 37,3 milyon manat təşkil etməklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,9 faiz və ya 5,4 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 25 faiz artaraq 10,1 milyon manat təşkil edib.

Cari ilin yanvar-mart aylarında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,7 faiz artıb və 938 min manata çatıb.

2023-cü ilin birinci rübündə icbari tibbi sığorta haqları üzrə daxilolmalar 5,6 milyon manat olmaqla, ötən ilin eyni dövrünə nisbətən 16,5 faiz artıb.