Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Sahibkarlarla görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinliklər və təkliflərinin öyrənilməsi istiqamətində qarşılıqlı əməkdaşlığı və görüşləri davam etdirir.

Növbəti görüş DVX-nin Vergi siyasəti baş idarəsi və “Azərbaycan Gön – Dəri İstehsalçıları Assosiasiyası” İctimai Birliyinin nümayəndələrinin iştirakı ilə onlayn formatda keçirilib. Tədbirdə sahə üzrə fəaliyyət göstərən vergi ödəyicilərinin qarşılaşdıqları çətinliklər, o cümlədən xam dərinin tədarükü, ixracı, dəri alışının rəsmiləşdirilməsi, elektron alış aktlarının və qaimə-fakturaların tərtibi ilə bağlı məsələlər müzakirə edilib və onların həlli istiqamətində fikirlər səsləndirilib. Qaldırılan məsələlərlə bağlı müvafiq izahatlar verilib, iştirakçıların sualları cavablandırılıb. Sahibkarların təkliflərinin diqqətdə saxlanılacağı və dövlət – biznes əməkdaşlığının bundan sonra da davam etdiriləcəyi bildirilib.