Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi yad edilib

Bu gün müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, Heydər Əliyevin anadan olmasının 100 illik yubileyidir. Ümummilli Liderin güclü Azərbaycan dövlətinin formalaşmasında, ölkəmizin sosial-iqtisadi uğurlarında misilsiz xidmətləri dərin rəğbətlə xatırlanır. 

İqtisadiyyat Nazirliyinin rəhbərliyi və kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüblər, xatirəsini ehtiramla yad ediblər.

Ölkəmizdə müstəqillik illərində iqtisadiyyatın bütün sahələrində qazanılmış nailiyyətlər Ulu Öndərin dövlətçilik siyasəti, Vətənə olan sonsuz sevgisi və mütərəqqi ideyalarının nəticəsidir. Dahi şəxsiyyətin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq və onun ölkəmiz üçün xidmətləri yüzilliklər boyu liderlik, müdriklik və vətənpərvərlik rəmzi olaraq xatırlanacaq!