Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Naxçıvan MR-də vergi daxilolmaları 63,7 faiz artıb

Naxçıvan Muxtar Respublikasında (MR) büdcəyə vergi daxilolmalarında müsbət dinamika davam edir. 2023-cü ilin 4 ayında MR Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 51 milyondan çox vergi daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 41,7 faiz və ya 15 milyon manat çoxdur. Təkcə bu ilin aprel ayı üzrə vergi daxilolmalarında 2022-ci ilin müvafiq dövrünə nisbətən 63,7 faiz və ya 5,6 milyon manat artım qeydə alınıb.