Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Mikro və kiçik sahibkarlıq subyektləri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən “Startap” şəhadətnaməsi ilə fəaliyyət göstərən, eləcə də digər mikro və kiçik sahibkarlıq subyektləri ilə kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində görülmüş işlər, yeniliklər mövzusunda onlayn formatda görüş keçirilib.

Görüşdə təqdimatla çıxış edən DVX-nin Dövlət qeydiyyatı baş idarəsinin şöbə rəisi Leyla Hüseyn-zadə ölkəmizdə biznesə başlama sahəsində mövcud vəziyyət, aparılmış islahatlar, əldə olunmuş nəticələr və gələcək planlar barədə ətraflı məlumat verib. Şöbə rəisi “Dünya Bankı Qrupunun “Business Ready (B-Ready)” layihəsinin “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi” çərçivəsində görülmüş işlər barədə danışıb.

Görüşdə Dövlət Vergi Xidməti ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, respublikanın müxtəlif bölgələrindən, o cümlədən Naxçıvandan 80-ə yaxın mikro və kiçik sahibkarlıq subyektinin nümayəndələri də iştirak ediblər. Tədbir qarşılıqlı müzakirələr şəraitində davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.