Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Daşınmaz əmlak alarkən ƏDV-nin bir hissəsi necə geri qaytarılır?

Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) bir hissəsi geri qaytarılır. Bununla bağlı İnternet Vergi İdarəsində müvafiq portal hazırlanıb və 21 noyabr 2022-ci il tarixdən istifadəyə verilib. Ümumilikdə indiyədək vergi orqanlarına vətəndaşlar tərəfindən ƏDV-nin geri qaytarılması ilə bağlı 6 mindən çox müraciət daxil olub, 2 mindən artıq müraciət üzrə ümumilikdə 5 milyon manatdan çox vəsait vətəndaşlara qaytarılıb.

Daşınmaz əmlak alarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması üçün vətəndaşlar hara müraciət etməlidirlər? "Biznes mühiti"nin ilk buraxılışının qonağı Dövlət Vergi Xidmətinin şöbə rəisi Telman Məmmədov suallara aydınlıq gətirir.