Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Vergilər Nazirliyinin işinin səmərəliliyinin artırılması və qəbul edilmiş qərarların icrasına nəzarətin gücləndirilməsi məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Vergilər Nazirliyinin kollegiyası aşağıdakı tərkibdə (vəzifələrinə görə) təsdiq edilsin:

  • Azərbaycan Respublikasının vergilər naziri (sədr)
  • Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini
  • Azərbaycan Respublikası vergilər nazirinin müavinləri
  • Naxçıvan Muxtar Respublikasının vergilər naziri
  • Azərbaycan Respublikasının Vergilər Nazirliyi Aparatının rəisi
  • Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi
  • Azərbaycan Respublikası Vergilər Nazirliyinin İqtisadi Təhlil və Sahibkarlıq Subyektlərinin Dövlət Qeydiyyatı Baş İdarəsinin rəisi
  • Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Auditi Baş İdarəsinin rəisi
  • Azərbaycan Respublikası Vergilər Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi
  • Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq Baş İdarəsinin rəisi
  • Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti 1 saylı Vergilər Departamentinin rəisi
  • Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi
  • Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin rəisi
  • Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin rəisi

Azərbaycan Respublikasının Vergilər Nazirliyi kollegiyasının aşağıdakı tərkibi təsdiq edilsin:

Kollegiyanın sədri

Azərbaycan Respublikasının vergilər naziri

Kollegiyanın üzvləri:

Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini

Azərbaycan Respublikası vergilər nazirinin müavinləri

Naxçıvan Muxtar Respublikasının vergilər naziri

Azərbaycan Respublikasının Vergilər Nazirliyi Aparatının rəhbəri

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamentinin baş direktoru

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Daxili təhlükəsizlik departamentinin baş direktoru

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq departamentinin baş direktoru

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Ərazi vergi orqanları ilə iş üzrə departamentinin baş direktoru

Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması departamentinin baş direktoru

Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli gəlirlər departamentinin baş direktoru.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV

Bakı şəhəri, 29 mart 2001-ci il
№– 665

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2001-ci il, №– 3, maddə 195).

23 noyabr 2005-ci il tarixli, 1115 nömrəli; 17 sentyabr 2009-cu il tarixli, 484 nömrəli; 4 iyul 2013-cü il tarixli, 2991 nömrəli; 2 fevral 2015-ci il tarixli, 1013 nömrəli; 18 aprel 2016-cı il tarixli, 1953 nömrəli, 1 fevral 2017-ci il tarixli, 2636 nömrəli Sərəncamlara əsasən dəyişikliklərlə.