Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Sosial sığorta haqları üzrə daxilolmalar 2,1 mlrd. manata çatıb

2023-cü ilin yanvar-may ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2,1 milyard manat təşkil edib. Bu mənbədən daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,9 faiz və ya 252,9 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 15,2 faiz artaraq 1,3 milyard manatdan çox  təşkil edib.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,7 faiz artaraq 72,5 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 16,1 faiz artıb və 54 milyon manat təşkil edib.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 17,9 faiz artaraq 370 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 20,8 faiz artaraq 260 milyon manata yaxın olub.