Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Naxçıvan MR-də vergi daxilolmaları 39,5 faiz artıb

Naxçıvan Muxtar Respublikasında (MR) vergi daxilolmalarında müsbət dinamika davam edir. 2023-cü ilin 5 ayında muxtar respublikanın Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 63,3 milyondan çox vergi daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 39,5 faiz və ya 17,9 milyon manat çoxdur. Təkcə bu ilin may ayı üzrə vergi daxilolmalarında 2022-ci ilin müvafiq dövrünə nisbətən 31,2 faiz və ya 2,9 milyon manat artım qeydə alınıb.